YENİ TİKİLƏN ESTAKADA VƏ ÜZƏRİNDƏKİ SU NASOS STANSİYASI

Xəzər dənizində su səviyyəsinin kəskin düşməsini, stansiyanın avadanlıqlarının uzunmüddətli istismarı nəzərə alınmaqla, yaranmış vəziyyətdən çıxmaq, stansiyanı xilas etmək üçün dənizin içərisinə doğru, 5 metr dərinlikdən soyuq suyun götürülməsinə imkan verən 750 metr məsafədə estakada, həmcinin yeni Su Nasos Stansiyası tikilib. Yeni estakada üzərində tikilən və elektrik stansiyasını kaskad üsulla soyuducu su ilə təmin edən yeni nasosxana istilik enerjisi praktikasında ilk təcrübə sayılır və bu məhz Azərbaycanda həyata keçirilib.

• Nasosxana daxili elektrik quraşdırılma işləri
• Yanğın siqnalizasiya, işıqlandırma
• Nasosların idarə olunması üçün elektrik panellərinin yığılması və quraşdırılması
• Nasosların idarə olunması üçün tezlik çevricilərinin quraşdırılması