YENİ 110/35/10 KV-LUQ “ŞUŞA YARIMSTANSİYASININ TİKİNTİSİ

Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Şuşa şəhərinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması, şəhərin etibarlı, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün Şuşada 110/35/10 kV-luq yeni yarımstansiya tikilib. Şuşa şəhərinin girişində müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiya məsafədən idarə olunan SCADA Dispetçer İdarəetmə Sisteminə qoşulub. Burada 110 kV açıq, 35 və 10 kV qapalı paylayıcı qurğular yaradılıb. Xüsusi razılaşdırılmış layihə əsasında müasir üslubda inşa edilən yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb.