«QOBU» ENERJİ QOVŞAĞI

2020-ci ildə cənab Prezident İlham Əliyevin təməlini qoyduğu 1000 MVt yükötürmə gücündə olan 330/220/110 kV-luq “Qobu”
yarımstansiyası və 385 MVt-lıq “Qobu” Elektrik Stansiyası rekord müddətdə – bir il ərzində tikilib.

“Qobu” Enerji Qovşağı olkədə, xüsusilə Bakı və Abşeron yarımadasında elektrik enerjisinə sürətlə artan təlabatı təmin etmək, Bakı və Abşeron yarımadasının regionlardakı elektrik stansiyalarından asılılığını azaltmaq, elektrik enerjisi ilə təchizatın dayanıqlılığını və etibarlılığını maksimum səviyyəyə qaldırmaq, texniki itkiləri azaltmaq, sistem qəzası təhlükəsini minimuma endirmək, Bakı və Abşeronda tənzimləyici generasiya gücü funksiyasını üzərinə götürüb, 500 kV-luq “Abşeron” yarımstansiyasının əvəzedicisi funksiyasını daşımaq, Bakının 330 kV-luq dairəvi elektrik təchizat sistemini yaratmaq və digər amillərə görə olduqca əhəmiyyətlidir.

• 330/220/110 kV-luq açıq paylayıcı qurğunun tikintisi
• 2 ədəd 250 MVA-lıq 330/110 kV-luq güc transformatorunun quraşdırılması
• 2 ədəd 250 MVA-lıq 220/110 kV-luq güc transformatorunun quraşdırılması
• 5 ədəd 80 MVA-lıq 110/20 kV-luq yüksəldici transformatorun quraşdırılması
• 385 Mvt-lıq gücündə stansiyanın bütün tip daxili elektrik quraşdırılma işləri (yanğın siqnalizasiya, kamera sistemi, kartlı keçid sistemi, FM200 sistemi, işıqlandırma sistemi və s.)
• İdarəetmə mərkəzi binasının tikintisi
• Mühəndis yataqxana korpusunun tikintisi
• Müasir tipli rele mühafizə və avtomatlaşdırma sistemlərinin, SCADA sisteminin qurulması və dispetçer idarəetmə mərkəzinin yaradılması
• Əraziyə asfalt örtüyünün vurulması
• Su, kanalizasiya və digər yeraltı kommunikasiya xətlərinin çəkilməsi
• Ərazi üzrə abadlıq və yaşıllaşdırma işləri