RƏHBƏRIN MÜRACIƏTI

RƏHBƏRIN MÜRACIƏTI

Sizi “Electro Industries” Qapalı Səhmdar Cəmiyyəti adından salamlamaqdan məmnunluq hissi duyuram. Kataloqumuzun fəaliyyətimiz, strategiyalarımız, xidmətlərimiz və dəyərlərimiz haqqında daha çox məlumat əldə etmək üçün Azərbaycandan və bütün dünyadan olan dəyərli tərəfdaş və müştərilərimiz üçün imkan yaradacağına ümid edirəm.

“Electro Industries” QSC 500/330/220/110/10-6 kV-luq yarımstansiyaların inşası, tam şəkildə yenidən qurulması, yüksək, orta və alçaq gərginlikli elektrik sistemlərinin qurulması, zəif axın, ehtiyat elektrik sistemləri, rele mühafizə və avtomatika sistemlərinin layihəsi, təchizatı, onların quraşdırılması, sınaqdan keçirilməsi və servisinin həyata keçirilməsi üzrə 12 ilə yaxın təcrübəyə malikdir.

Ən son həyata keçirdiyimiz çoxsaylı layihələr çərçivəsində “Azərbaycan İstilik Elektrik Stansiyası”nın tam şəkildə yenidən qurulmasını göstərə bilərik ki, bu da özündə çoxsaylı enerji bloklarının Generator turbinlərini, Kimya, Azot-Oksigen, Yanacaq təsərrüfatı, 500/330/110 kV-luq Yüksək gərginlikli Elektrik şəbəkəsini, Avtomatika və SCADA sistemlərini, orta və alçaq gərginlikli elektrik quraşdırma, həmçinin zəif axın kimi Data, TV, kamera və s. kimi iş həcmlərini birləşdirir.

Bununla yanaşı, 30 illik torpaq həsrətindən sonra Dağlıq Qarabağ Regionunun mənfur düşmən tapdağından Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevin əmri ilə rəşadətli ordumuz tərəfindən azad olunması bu regionun inkişafı yönündə özündə çoxsaylı yeni layihələr birləşdirir ki, biz də “Electro Industries” QSC olaraq bu istiqamətdə yeni 110/35/10 kV-luq Füzuli, Şuşa, Cəbrayıl, Zəngilan, Ağdam, Qubadlı və digər yarımstansiyalarının tikintisini həyata keçirdik və baş ucalığı ilə dövlətimizin və xalqımızın istifadəsinə təhvil verdik.

Şirkətimiz təsis edildiyi vaxtdan bu günə qədər əldə etdiyimiz nailiyyətlərdən ilhamlanaraq uğurlarımızı davam etdirməyə çalışmış və həyata keçirdiyimiz hər bir layihədə ən son beynəlxalq standartlara cavab verən avadanlıq və həll üsulları tətbiq etməklə müştərilərimiz və tərəfdaşlarımızın keyfiyyət gözləntilərini aşmağa nail olmuşuq. Yerinə yetirdiyimiz işlərin həcmindən asılı olmayaraq, hər bir layihəyə xüsusi diqqət və qayğı göstərmiş və müvəffəqiyyətli nəticə əldə etməyi hədəf kimi müəyyən etmişik.

Hər birinizi şirkətimizin fəaliyyətini əks etdirən yeni kataloqumuzla tanış olmağa dəvət edirəm.

Diqqətinizə görə minnətdaram.

Hörmətlə,
Natiq Qarayev
Baş Direktor