YENİ 110/35/10 KV-LUQ «AĞDAM-1» YARIMSTANSIYASININ TİKİNTİSİ

Ağdam rayon mərkəzində böyük və müasir enerji kompleksi yaradılıb. Kompleksin bir hissəsində 110 kV-luq açıq və 35 və 10 kV-luq qapalı paylayıcı qurğuların yerləşdirildiyi inzibati bina da daxil olmaqla, yeni 110/35/10 kV-luq “Ağdam-1” yarımstansiyası tikilib. “Ağdam-1” yarımstansiyası rəqəmsallaşdırılaraq avtomatlaşdırılıb. Yarımstansiyada aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylama zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırlması, sistemin monitorinqi və analizi, problemlərin tez həllinin proqram təminatı vasitəsilə avtomatik olaraq həyata keçirilməsi təmin edilib.