Suqovuşanda yerləşən ümumi gücü 7.8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyaları tam yenidən qurulub. “Suqovuşan-1” və “Suqovuşan-2” KSES-lərin maşın zalları, aqreqatları, generatorları, o cümlədən İdarəetmə mərkəzinin binası panelləri, avadanlıqları, yarımstansiyanın gərginlik və cərəyan transformatorları təmir edilib və ya yenisi ilə əvəz olunub.







