«QALA» YARIMSTANSİYASININ SÖKÜLƏRƏK YENİDƏN 220/110/35/10/6-KV-LUQ GƏRGİNLİK SİNİFİNDƏ YENİDƏN QURULMASI

Bakı şəhərinin elektrik enerji təchizatında birbaşa əhəmiyyət kəsb edən 220 kV luq yarımstansiyaların sayı yeddiyə çatdırılıb Belə ki, 1932 ci ildə tikilən və istismar müddətini bitirən, ən qədim yarımstansiyalardan biri olan 110 35 6 kV luq “ yarımstansiyası sökülüb, gərginlik sinifi 220/110/35/10/6 kilovoltluq gərginlik sinifinə keçirilərək yenidən inşa edilib.

AzərEnerji”nin balansında olan yarımstansiyada yeni 220-kV luq gərginlik sinifi yaradılmaqla yanaşı, 110 kilovoltluq paylayıcı qurğu açıq, 35 və 6 kilovoltluq paylayıcı qurğular isə qapalı şəkildə tam yenidən qurulub Yarımstansiyanın ərazisi 3 7 hektar genişləndirilərək 5 6 hektara çatdırılıb.

Yarımstansiyada 2 ədəd yeni 250 MVA gücündə avtotransformatorlar quraşdırılıb və bununlada ümumi güc 150 meqavolt amperdən 650 meqavolt amperə qaldırılıb Rəqəmsal qaydada yenidən qurulan yarımstansiyada yeni idarəetmə mərkəzi tikilib.

220 kV luq APQ
110 kV luq APQ
2 ədəd 250 MVA avtotransformatorlar
2 ədəd 75 MVA transformatorlar
Rəqəmsal İdarəetmə Mərkəzi
Rəqəmsal İdarəetmə Mərkəzi FOYE
Rəqəmsal İdarəetmə otağı
35 kV-luq QPQ
6 kV-luq QPQ
0,4 kV-luq QPQ
Xidməti otaqlar
Zirzəmidəki kabel kanalları
Yaşıllaşdırılmış ərazi
Yarımstansiyanın yeni çəkilən yolu