AZƏRBAYCANIN ƏN BÖYÜK VƏ STARATEJİ ƏHƏMİYYƏTLİ 500/330/220/10 KV-LUQ “ABŞERON” YARIMSTANSİYASININ YENİDƏN QURULMASI

Ölkənin ən böyük yarımstansiyası olan 500/330/220/10 kV-luq strateji əhəmiyyətli “Abşeron” yarımstansiyası əsaslı şəkildə yenidən qurulub. Nəticədə yarımstansiyanın yükötürmə qabiliyyətinin artırılmasına, elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsinə, itkilərin azaldılmasına, müasir standartlara cavab verən innovativ həllərin tətbiqinə nail olunub. Müasir idarəetmə, rele muhafizəsi və avtomatika dövrələrinin quraşdırılması, avadanlıqların imtinası və zədələnməsinin qarşısının alınması, mühafizələrin cəld, selektiv, etibarlı işi və operativ əməliyatların çevikliyi təmin edilib. Yarımstansiyanın idarəolunması tam rəqəmsallaşdırılıb. Eyni zamanda, dispetçer idarəetmə otağında “Azərenerji” ASC-nin mərkəzi SCADA sistemi tam həcmdə təkrar ehtiyat variantda quraşdırılıb.

• 500, 330 və 220 kV-luq açıq paylayıcı qurğunun tikintisi
• İdarəetmə mərkəzi binasının tikintisi
• Mühəndis yataqxana korpusunun tikintisi
• Müasir rəqəmsal tipli rele mühafizə və avtomatlaşdırma sistemlərinin, SCADA sisteminin quraşdırılması və dispetçer idarəetmə mərkəzinin yaradılması
• Əraziyə asfalt örtüyünün vurulması
• Su, kanalizasiya və digər yeraltı kommunikasiya xətlərinin çəkilməsi
• Ərazi üzrə abadlıq və yaşıllaşdırma işləri