110/35/6 kV-luq açıq tipli «205 saylı» YARIMSTANSİYASININ SÖKÜLƏRƏK QAPALI TİPDƏ TAM YENİDƏN QURULMASI

Bakının Nərimanov rayonunda yerləşən və 1953 cü ildə tikilərək istifadəyə verilən 110/35/6 kV luq sistem əhəmiyyətli “205 saylı” açıq tipli yarımstansiya istismar müddətini dəfələrlə keçdiyinə, müasir enerjisistem texnologiyalarına cavab vermədiyinə, artan tələbatı qarşılaya bilmədiyinə, texniki itkilərə və qəzalara səbəb olduğuna görə sökülərək qapalı formada tam yenidən qurulub.

205 saylı” yarımstansiyanın yenidən qurulması ilə onun rəqəmsal qaydada idarə edilməsinə, qoyuluş gücünün 30 MVA artmasına, tələbatçıların elektrik təchizatının etibarlığının yüksəlməsinə, texniki itkilərin əhəmiyyətli dərəcədə azalmasına, eləcə də, müxtəlif kateqoriyalı tələbatçıların dayanıqlı elektrik enerjisi ilə təminatına, yarımstansiyanın qəzasız istismarına nail olunub.

2x80 MVA gücündə transformatorlar
110 kV-luq GIS
35kV-luq QPQ
6 kV-luq QPQ
Rəqəmsal idarəetmə mərkəzi
Birinci mərtəbə FOYE
Kabel zirzəmisi