“Electro Industries” QSC-nin rəhbərliyi və kollektivi elektrik obyektlərinin, avadanlıqlarının və qurğularının quraşdırılması, sazlanması və onların təmiri xidmətlərini ən yüksək effektiv qaydada sabit keyfiyyətlə yerinə yetirir və öz fəaliyyətini PS&T qanunvericiliyi çərçivəsində həyata keçirir.
Şirkətimizin fəaliyyəti beynəlxalq standartlara uyğun olaraq İSO 9001:2008 ilə təsdiq olunmuş Effektiv Keyfiyyəti İdarəetmə Sistemi əsasında qurulub.
Müştərilərin razı qalması üçün hər sifarişimizi keyfiyyətlə və effektiv yerinə yetirmək şirkətimizin ən vacib hədəflərindən biridir. Bu məqsədlə müştərilərin istək və arzularının öyrənilməsi üçün müntəzəm olaraq təhlillər aparılır.
Biz ən yüksək keyfiyyətli xidmətləri təqdim etmək məqsədilə səriştəli və mükəmməl iş qabiliyyəti nümayiş etdirən işçi qüvvəsi yaratmağa çalışırıq.
Biz yüksək keyfiyyət standartlarına, müştərilərin xüsusi tələblərinə və keyfiyyət siyasətimizə uyğunluğu təmin edərək, göstərdiyimiz xidmətləri daim inkişaf etdirməyə çalışırıq.
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının mütamadi olaraq təkmilləşdirilməsi, onların tələblərinə ciddi riayət olunmasına nəzarətin təmin edilməsi əsas hədəflərimizdəndir.
Şirkət rəhbərliyi əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının daim müvafiq dövlət və beynəlxalq standartlarna cavab verən səviyyədə saxlanılmasına xüsusi diqqət yetirir.
Biz, real risk səviyyələrini mümkün qədər azaltmaq, ona nəzarət etmək və yolverilməz STƏM risklərinə məruz qala biləcək işçilərimizin və subpodratçı heyətin, eləcə də, qonaqların və digər şəxslərin qorunmasını təmin etmək məqsədilə Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit (STƏM) İdarəetmə Sistemini yaradır, həyata keçirir və davamlı olaraq təkmilləşdiririk.