Bir çox üsullardan biri olaraq biz müştərilərimizə Konstruktiv Metodlardan istifadə edərək özlərini nəinki təhlükəsiz hiss etmələrini təmin edir, eyni zamanda gəlirli və mənfəətli olmaları üçün xidmət göstəririk. Biz başa düşürük ki, mükəmməl mühəndisin dəyəri onun müştərilərin tələblərini dəyərləndirməkdə, müştərilərlə və layihələndirmə komandası ilə birgə işləyərək bütün tərəflər üçün ən yaxşı sistemin inkişaf etdirilməsindən ibarətdir. Bu məqsədlə də, bizim mühəndislərdən və layihə rəhbərlərindən ibarət komanda tərəfindən təklif olunmuş işlərə baxış keçirilir, xərclərin azaldılması və tikinti effektivliyini artırmaq üçün yollar axtarılır və layihələrimizin hər biri qiymətləndirmə mühəndisləri tərəfindən nəzərdən keçirilir.
Müştərilərlə sıx şəkildə işləyərək biz qarşılıqlı hörmət əsasında uzunmüddətli əlaqələri inkişaf etdiririk. Onların hər biri ilkin münasibətlərdən tamamlanmış işlərin təhvil verilməsinədək olan müddət ərzində öz üzərində bizim diqqətimizi hiss edir.
Layihelendirme
Təsdiqlənmiş layihənin analiz olunması və araşdırılması
Sahədə ölçü işlərinin aparılması və bir daha yoxlanması
Eksteryerin və interyerin eskiz layihəsinin hazırlanması
Eksteryerin və interyerin üslub həlli
Eksteryerin və interyerin planlaşdırma həlli
Müxtəlif rakurslardan baxmağa imkan yaradan obyekt və ətraf ərazinin 3D modeli (kompüter modeli, üçölçülü görüntü)
Techizat
1. Daxili və xarici bazarlarda yeni firmların axtarışı, inkişaf etmiş firmalarla uzunmüddətli əməkdaşlıq
2. Daha keyfiyyətli məhsullara üstünlük verilməsi
3. Alınmış mal-materialların operativ şəkildə xidmət sahələrinə çatdırılması
4. Peşəkar kollektiv