“Electro Industries” QSC-nin rəhbərliyi və mühəndislər komandası sifarişçilərin tələblərinə və beynəlxalq standartlara uyğun olaraq elektrik avadanlıqları və qurğuların layihələndirilməsi, satın alınması, quraşdırılması, sazlanması və təmiri sahəsində böyük təcrübəyə malikdir. Şirkətin fəaliyyəti aşağıdakı sahələri əhatə edir:
Yüksək Gərginlikli Elektrik Sistemləri:
• Layihənin dizayn olunması və yerinə yetirilməsi
• 500/330/220/110 kV-luq yüksək gərginlikli Açıq Paylayıcı Qurğuların quraşdırılması (APQ)
• 220/110 kV-luq GİS sistemlərinin quraşdırılması
• 500/330/220/110 kV-luq Transformatorların montajı
• 500/330/220/110 kV-luq Hava elektrik veriliş xətlərinin çəkilməsi
• 110 kV-luq Yeraltı kabel xətlərinin çəkilməsi
Orta Gərginlikli Elektrik Sistemləri:
• Layihənin dizayn olunması və yerinə yetirilməsi
• 35/10/6 kV-luq orta gərginlikli enerji paylama sistemlərinin quraşdırılması
• 35/10/6 kV-luq Transformatorların montajı
• 35/10/6 kV-luq Hava elektrik veriliş xətlərinin çəkilməsi
• Yeraltı kabel xətlərinin çəkilməsi
Alternativ Enerji Mənbələri:
• Layihənin dizayn olunması və yerinə yetirilməsi
• Külək Elektrik Stansiyalarının qurulması (KES)
• Günəş Elektrik Stansiyalarının qurulması (GES)
• Kiçik Su Elektrik Stansiyalarının qurulması (KSES)
AG – Alçaq Gərgnilikli Enerji Paylama Sistemləri:
• Layihənin dizayn olunması və yerinə yetirilməsi
• Alçaq gərginlikli enerji paylama panelləri və Kompensator panellərinin quraşdırılması
• Daxili və xarici işıqlandırma sistemləri
• İşıqlandırma sistemlərinin idarə olunması (KNX)
• BusBar şin ötürmə sistemi
• Kəsintisiz enerji mənbələrinin quraşdırılması (UPS)
• Kabel xətlərinin çəkilməsi
• Topraqlama və İldırımdan mühafizə sistemləri