EKOLOGIYANIN QORUNMASI

EKOLOGIYANIN QORUNMASI

“Electro Industries” QSC beynəlxalq standartların tələblərinə əsasən Təhlükəsizlik, Ekologiya, Keyfiyyət sistemlərinin daim təkmilləşdirilməsi və inkişaf etdirilməsini zəruri hesab edir və aşağıdakı meyarlara xüsusi diqqət yetirir:

Təbii ehtiyatların mühafizəsi ilə bağlı ölkənin tərəfdar çıxdığı beynəlxalq razılaşma sənədləri (konvensiyalar, sazişlər, protokollar və s.), o cümlədən beynəlxalq və yerli qanunvericiliyin tələblərinə riayət etmək;

Fəaliyyət göstərdiyimiz sahələrdə ictimaiyyət və ekosistemlər üçün yarana biləcək ekoloji riskləri maksimum səviyyədə azaltmaq;

Fəaliyyətimizdə “Ətraf mühitin təhlükəsizliyinin idarəetmə sistemi”ni tətbiq etmək;

Ətraf mühitə edilə biləcək təsirləri nəzərə alaraq fəaliyyət zamanı bütün işçiləri müvafiq və dolğun məlumatlarla təlimatlandırmaq;

Layihələndirmə, istehsal, quraşdırma və istismar prosesi zamanı ekoloji aspketlərin ətraf mühitə təsirinin davamlı monitorinqini həyata keçirmək;

Şirkətlə əlaqədə olan prodatçılara, firmalara, müəssisələrə və s. partnyorlara İSO 14001 standartının (Ətraf mühitin idarəetməsi sistemi) tələblərinin əlçatan olmasını təmin etmək.

“Electro Industries” QSC bütün prinsiplərə əməl etməklə iş zamanı ətraf mühitin təhlükəsizliyinə zərər vura biləcək hər hansı bir təhlükənin qarşısının alınması və ya minimuma endirilməsi üçün mümkün olan bütün imkanlardan istifadə edərək bu siyasətin həyata keçirilməsinə nail olmağa çalışır.